“Netflix” gənc rəssamlar üçün təqaüd proqramı elan edib

“Netflix” gənc rəssamlar üçün təqaüd proqramı elan edib Striminq rəssamların altıaylıq təhsil haqlarını ödəyəcək
Elm və təhsil
17 Fevral , 2021 12:00
“Netflix” gənc rəssamlar üçün təqaüd proqramı elan edib

“Netflix” “WIT Studio” anime studiyası ilə birləşərək gənc rəssamlar üçün Yaponiyanın Tokio Anime Məktəbinə altıaylıq təqaüd proqramı elan edib.

“Report” xəbər verir ki, proqramın tərtibatçısı 25 il “Ghibli” studiyasında işləmiş Xitomi Tatenodur.

Məlumata görə, “Netflix” rəssamların altıaylıq təhsil haqlarını ödəyəcək.

Təhsildən başqa “Netflix” tələbələrin paytaxt Tokiodakı xərclərinin əhəmiyyətli hissəsini qarşılayacaq. Təqaüd ümumilikdə 10 rəssama veriləcək. Namizədlərin yaşı 18-25 arası olmalı və gündəlik söhbətləri edəcək səviyyədə yapon dilini bilməlidirlər.

Müsabiqədə iştirak etmək üçün fevralın 28-dək müraciət etmək olar. Təhsil cari ilin aprelindən sentyabrınadək davam edəcək. Kursu bitirən sənətkarlar “Netflix”in anime layihələri üzərində çalışacaqlar.

Son xəbərlər

Orphus sistemi