Nazirlik: İstedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu nəzərdə tutulmayıb

Nazirlik: İstedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu nəzərdə tutulmayıb "Qanunvericilikdə xüsusi istedadlı uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu ilə bağlı müddəa yoxdur"
Elm və təhsil
445
20 Aprel , 2021 12:54
Nazirlik: İstedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu nəzərdə tutulmayıb

"Qanunvericilikdə xüsusi istedadlı uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu ilə bağlı müddəa yoxdur. Birinci sinifə qəbul adi qaydada aparılır. Təqvim ili ərzində 6 yaşı bitən uşaqların I sinfə qəbul üçün proqram təminatı üzrə sorğu verilə bilər".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı danışarkən deyib.

"Təqvim ili ərzində 8 yaşını tamamlamış uşaqlar da I sinfə qəbul oluna bilərlər. Əgər uşaqğın yaşı 8-dən yuxarıdırsa, o halda uzunmüddət təhsildən kənarada qalan şəxslər üzrə fərdi təhsil üzrə I sinfə qəbul edilir, - o bildirib.

Onun sözlərinə görə, ibtidai sinif şagirdlərinin sinifdə saxlanılmasına yol verilmir: "Əgər bu, uzun müddətli xəstəlik səbəbindən olarsa, müvafiq səhiyyə orqanı tərəfindən təsdiqlənmiş sənədə baxıla bilər. Bu zaman həmin uşağın evdə təhsilə cəlb olunması məsələsinin müzakirəyə çıxarılmaıs mümkündür".

Son xəbərlər

Orphus sistemi