Nazir Qəbələdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Nazir Qəbələdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb Təhsil naziri Ceyhun Bayramov Qəbələyə səfəri çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.
Elm və təhsil
25 Dekabr , 2019 18:26
Nazir Qəbələdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramov Qəbələyə səfəri çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, Qəbələ rayonu, Vəndam qəsəbəsi, Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin akt zalında baş tutan görüşdə Təhsil naziri bildirib ki, son illərdə müəllim peşəsinin nüfuzu daha da yüksəlib, müəllim olmaq istəyənlərin sayı xeyli artıb. Ceyhun Bayramov qeyd edib ki, müəllimin əsas vəzifəsi cəmiyyət üçün layiqli vətəndaş yetişdirməkdir. Müəllim yalnız tədris fəaliyyəti ilə deyil, davranışı ilə də şagirdlərinə nümunə olmalıdır.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyanın fəaliyyətini qiymətləndirən nazir deyib ki, bu qurum müəllimlərin inkişafına stimul verir. Assosiasiyanin fəaliyyəti çərçivəsində gənc müəllimlər üçün onlayn platformanın istifadəyə veriləcəyini deyən nazir müəllimlərin bu platforma vasitəsilə fəaliyyətlərinə dair məlumatları, yenilikləri paylaşa biləcəklərini qeyd edib.

Çıxışının sonunda Təhsil naziri Ceyhun Bayramov müəllimlərin hər birinə uğurlar arzulayıb.

Daha sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi