Nazir müavini: "Akademik borcu olan tələbələrə təhsil krediti verilməyəcək"

Nazir müavini: "Akademik borcu olan tələbələrə təhsil krediti verilməyəcək" "Akademik borcu olan tələbələrə təhsil tələbə krediti verilməyəcək. Çünki müraciət vaxtı son semestr üçün olan nəticələrə baxılır".
Elm və təhsil
286
25 Noyabr , 2021 13:04
Nazir müavini: Akademik borcu olan tələbələrə təhsil krediti verilməyəcək
0 : 00
0 : 00

"Akademik borcu olan tələbələrə təhsil tələbə krediti verilməyəcək. Çünki müraciət vaxtı son semestr üçün olan nəticələrə baxılır".

"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (ttk) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, normativ təhsil müddətindən artıq təhsil alan tələbələrə də kreditlər verilməyəcək.

İ.İsayev eyni zamanda təhsili bitirəndən sonra işə düzələ bilməyən və krediti qaytara bilməyən tələbələrin aqibətindən də danışıb: "Biz istəmərik ki, hansısa tələbə işsiz qalsın. Ancaq qanunvericiliyə görə əgər tələbə universiteti bitirdikdən sonra təhsil tələbə kreditini ödəyə bilməsə, bu vəsait məhkəmə qaydasında ondan alınacaq".

O əlavə edib ki, kreditin veriləcəyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır: "Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə veriləcək bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər".

Nazir müavini qeyd edib ki, bu gündən kreditlərin verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb.

Son xəbərlər

Orphus sistemi