Nazir: Təhsilin keyfiyyəti aşağı olan kənd məktəblərinin bağlanması məsələsinə baxılır
Elm və təhsil
- 14 sentyabr, 2026
- 16:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın kəndlərində şagird sayı az olan məktəblərə daha çox vəsait xərclənir, amma təhsilin keyfiyyəti aşağı olur. Ona görə də nazirlik həmin məktəblərin bağlanması məsələsinə baxır.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, kənd məktəblərində bir şagirdə düşən xərc Bakı ilə müqayisədə daha yüksəkdir:
"Bir şagirdə, məsələn, 24 min manat xərc çəkilir. Amma Bakıda bir şagirdə daha az vəsait xərclənir. Sinifdə şagird sayı çox olduqca, bir şagirdə düşən xərcin miqdarı azalır".
Son xəbərlər
10:57
Foto
Azərbaycanda multimodal daşımalar zamanı ixrac daşıma dəstəyinin hesablanması qaydası təsdiqlənib
Biznes
10:56
İxrac və daxili daşıma dəstəyi ilə bağlı müraciətlərə baxılması qaydası təsdiqlənib
Biznes
10:54
Dərsliklərin ictimai müzakirəsində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil - Rəsmi
Elm və təhsil
10:54
Rumıniya sərhədi yaxınlığında 11 hava hədəfi aşkarlanıb, "F-16"lar havaya qaldırılıb
Digər ölkələr
10:51
İlqar Bayramlı: Peşə təhsili müəssisələri və işəgötürənlər arasında birgə məsuliyyət olmalıdır
Elm və təhsil
10:50
Niderland millisi rəsmi turnirlər tarixində ən böyük məğlubiyyətlə üzləşib
Futbol
10:49
Aqil Şirinov: "Mənəvi dəyərlər" həftəsində tələbələr milli-mədəni irsimizi əyani şəkildə öyrənirlər
Din
10:32
Gürcüstandan 74 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Region
10:31
Oman və İranın XİN başçıları dəniz dəhlizlərinin təhlükəsizliyini müzakirə ediblər
Digər ölkələr