Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.
"Report" xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 153 nəzarətçi, 22 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 5 həftə ərzində elan olunacaq.
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhərinin 5 nömrəli tam orta məktəbində keçirilən imtahanda 36 namizəd iştirak edib.
İmtahanın idarə olunması üçün 1 imtahan rəhbəri və 4 nəzarətçi ayrılıb.
Qeyd edək ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.