Naxçıvanda 4756 şagird monitorinqdə iştirak edib

Naxçıvanda 4756 şagird monitorinqdə iştirak edib Tədris dili və riyaziyyat fənləri üzrə aparılan monitorinq Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün ümumilikdə 17 mərkəzdə keçirilib.
Elm və təhsil
10 İyun , 2023 16:28
Naxçıvanda 4756 şagird monitorinqdə iştirak edib

Tədris dili və riyaziyyat fənləri üzrə aparılan monitorinq Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün ümumilikdə 17 mərkəzdə keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Muxtar Respublikanın ümumtəhsil məktəblərindən 4756 şagird monitorinqdə iştirak edib.

Monitorinqin məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılmasıdır.

Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual və riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub. Monitorinqin müddəti 120 dəqiqə təşkil edib.

Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda, onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir. Bununla belə ümumi təhsil müəssisələrində IV siniflər üzrə bütün təhsilalanların monitorinqdə iştirakı icbaridir.

Son xəbərlər

Orphus sistemi