NASA ilk dəfə Marsda küləyin səsini qeydə alıb - VİDEO
- 08 dekabr, 2018
- 02:16
Bakı. 8 dekabr. REPORT.AZ/ Amerikanın daha əvvəl Marsa enən avtomatik planetlərarası stansiyası "Mars InSight" Qırmızı planetdə ilk dəfə olaraq küləyin səsini qeydə alaraq yerə göndərə bilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü NASA-nın direktoru Cim Braydenstayn "Twitter" mikrobloqunda yazıb.
"İnsanlar əvvəl Marsda küləyin səsini eşitməmişdilər! "Mars InSight"ın Marsda qeydə aldığı küləyin səsini dinləyin", - deyə o yazıb və ABŞ Milli Aeronavtika və Kosmik Məkanın Tədqiqi İdarəsinin vebsaytına yerləşdirilən səs qeydinin linkini paylaşıb.
Bundan əvvəl Marsda parlayan naməlum cism tapılıb.
BREAKING: Humans have never before heard the sound of wind on Mars until now! Listen to #SoundsOfMars as recorded by @NASAInSight as Martian winds swept over our lander. Best with headphones or a subwoofer. https://t.co/VreQxcAnAM pic.twitter.com/yd98NgZgR3
— Jim Bridenstine (@JimBridenstine) December 7, 2018