MİQ üzrə elektron ərizələrin yoxlanılması prosesi başa çatıb

MİQ üzrə elektron ərizələrin yoxlanılması prosesi başa çatıb Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizələrin yoxlanılması prosesi başa çatıb
Elm və təhsil
22 İyun , 2021 14:23
MİQ üzrə elektron ərizələrin yoxlanılması prosesi başa çatıb
0 : 00
0 : 00

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizələrin yoxlanılması prosesi başa çatıb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, elektron ərizələrin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Ərizələr emal edildikdən sonra 59 172 namizədin ərizəsi qəbul olunaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, 4-11 iyun tarixlərində həyata keçirilən bu mərhələdə 60 627 namizəd elektron ərizəsini tamamlayaraq müraciətini təsdiqləyib.
Növbəti mərhələdə test imtahanının qrafiki ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi