Milli Məclisin sədr müavini: "Dövlətin təhsil sahəsinə qoyduğu investisiya özünü doğrultmaqdadır"

Milli Məclisin sədr müavini: "Dövlətin təhsil sahəsinə qoyduğu investisiya özünü doğrultmaqdadır" Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan maliyyə imkanlarını hərbidən sonra təhsilə qoyub. Odur ki, bu sahəyə yönələn vəsait insan kapitalına, gələcəyimizin yüksək standartlar sahəsində inkişafına və yeni kadrların yetişdirilməsinə qoyulan investisiyalardır. Bu investisiya artıq özünü doğrultmaqdadır.
Elm və təhsil
151
28 Noyabr , 2018 12:40
Milli Məclisin sədr müavini:  Dövlətin təhsil sahəsinə qoyduğu investisiya özünü doğrultmaqdadır
Milli Məclisin sədr müavini Bahar Muradova / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 28 noyabr. REPORT.AZ/ "Azərbaycan maliyyə imkanlarını hərbidən sonra təhsilə qoyub. Odur ki, bu sahəyə yönələn vəsait insan kapitalına, gələcəyimizin yüksək standartlar sahəsində inkişafına və yeni kadrların yetişdirilməsinə qoyulan investisiyalardır. Bu investisiya artıq özünü doğrultmaqdadır".

"Report" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycan Müəllimlərinin XV Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu peşənin çətinlikləri nəzərə alınmalıdır: "Təhsilin yükü heç bir halda dövlətin və təhsil verənin üzərində ola bilməz. Burada problem varsa, hamımız bu istiqamətdə ciddi səylər göstərməliyik".

B.Muradova həmçinin əlavə edib ki, bir valideynin öz övladının təhsili üçün artıq vəsait ayırmasında qeyri-adi hal yoxdur: "Bəzən cəmiyyət bunu birmənalı qarşılamır. Burada qəbahətli heç bir şey yoxdur. Hansı bir imkanlı ailə öz övladının təhsili üçün öz vəsaitini səfərbər etmək istəməz?! Hesab edirəm ki, bu məsələyə normal yanaşmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi