Mikayıl Cabbarov 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı əmr imzalayıb

Mikayıl Cabbarov 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı əmr imzalayıb Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub
Elm və təhsil
16 Yanvar , 2017 11:16
Mikayıl Cabbarov 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı əmr imzalayıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı əmr imzalayıb.

“Report”un məlumatına görə, əmrin imzalanmasında məqsəd ildönümün təhsil müəssisələrində qeyd edilməsidir.

Əmrə əsasən, 20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilməli, tədbirlər planına müvafiq olaraq, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olan şəhidlərin xatirəsinə həsr olunan geniş tədbirlər həyata keçirilməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Son xəbərlər

Orphus sistemi