Mikayıl Cabbarov: "12 illik təhsil sisteminin tətbiq edilməsi üçün müəyyən zaman tələb olunur"

Mikayıl Cabbarov: "12 illik təhsil sisteminin tətbiq edilməsi üçün müəyyən zaman tələb olunur" "Bu prosesə o zaman başlanılacaq ki, seçdiyimiz yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslandığına tam əmin olaq"
Elm və təhsil
25 May , 2015 11:26
Mikayıl Cabbarov: 12 illik təhsil sisteminin tətbiq edilməsi üçün müəyyən zaman tələb olunur

Bakı. 25 may. REPORT.AZ/ "12 illik təhsil sisteminə keçidə mexaniki keçid kimi baxmaq və bu cür təqdim etmək kifayət qədər sadələşdirilmiş bir yanaşma olardı. Məhz bu keçiddən gözlədiyimiz nəticələrə nail olmaq məqsədilə hazırda Təhsil Nazirliyi tərəfindən hazırlıq işi, ekspertlərlə məsləhətləşmə, digər dövlətlərin bu sahədə uğurlu və uğursuz təcrübələri öyrənilir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 12 illik təhsil sisteminin tətbiq edilməsi üçün müəyyən zaman tələb olunur: "Bu prosesə o zaman başlanılacaq ki, seçdiyimiz yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslandığına tam əmin olaq. Təbii olaraq belə bir proses və keçid həm təhsil sisteminin fəaliyyət formasının və formatının dəyişdirilməsinə, həm də dövlət və cəmiyyət tərəfindən lazım olan resursların cəlb edilməsi ilə müşahidə olunmasına gətirib çıxaracaq".

Nazir xatırladıb ki, Azərbaycanda "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda 12 illik təhsilə keçid nəzərdə tutulub: "Ümumilikdə bu, hazırda dünyada universal bir minimum müddət kimi müəyyəşləşdirilmiş bir müddətdir. Ötən həftə keçirilən Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bir daha öz əksini və təsdiqini tapıb".

Son xəbərlər

Orphus sistemi