Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı dünyasını dəyişib.
“Report” xəbər verir ki, DİM sədrinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olan qızı Nigar Abbaszadə qəfildən vəfat edib.
Hadisə Şamaxının Çuxuryurd kəndində yerləşən evdə baş verib. N.Abbaszadənin beyninə qan sızmasından vəfat etdiyi ehtimal olunur.
Xatırladaq ki, 44 yaşlı N.Abbaszadə 2016-cı ildən ADPU-nun prorektoru vəzifəsində çalışırdı. Daha əvvəl isə Müəllimlər İnstitutunun prorektoru olub.
Mərhumun 7 yaşlı oğlu və ondan yaşca kiçik qızı var. O, xalq yazıçısı Hüseyn Abbaszadənin hazırda ABŞ-da yaşayan oğlu İlqar Abbaszadənin qızıdır.
Qeyd edək ki, N.Abbaszadənin vəfatı barədə ilk xəbəri Qafqazinfo.az yayıb.