Məleykə Abbaszadə: "İmtahanlarda qaydaları pozan zal nəzarətçilərinin sayı azalıb" - YENİLƏNİB

Məleykə Abbaszadə: "İmtahanlarda qaydaları pozan zal nəzarətçilərinin sayı azalıb" - YENİLƏNİB Hər bir imtahanının keyfiyyəti ona nəzarət edən şəxslərin gördüyü işdən asılıdır.
Elm və təhsil
25 Yanvar , 2024 11:35
Məleykə Abbaszadə: İmtahanlarda qaydaları pozan zal nəzarətçilərinin sayı azalıb - YENİLƏNİB

2015-ci ildən bu günə qədər zal nəzarətçiləri ilə bağlı qayda pozuntuları 3 faiz olduğu halda, keçən il bu göstərici 2 % olub.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, bu göstərici qəbul imtahanlarına aiddir: "Buraxılış imtahanlarında isə bu göstərici 2 %-dən 0,5 %-ə çatıb. Adətən nəzarətçilərin iştirak etdiyi auditoriyada köçürülmə halları aşkarlanmasa da, sonradan nəticələrə baxanda bəzi köçürmələrin olduğu məlum olur. Belə olan halda nəzarətçi müəllimlərə xəbərdarlıq edirik, onun nəticəsi aşağı düşür. Yaxşı biliyi olan şagirddən kimsə köçürürsə bu məlum olur. Belə hal çox azdır".

11:24

Hər bir imtahanın keyfiyyəti ona nəzarət edən şəxslərin gördüyü işdən asılıdır.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mərkəzin bazasında 15 minə yaxın zal nəzarətçisi var: "Ümumilikdə isə 62 693 nəfər imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı sistemdə qeydiyyatdadır. Bundan başqa, 4 004 ekspert, marker və tərçüməçi var".

M.Abbaszadə bildirib ki, ümüumi nəzarətçilərdən 9%-i magistr səviyyəsi üzrə fəaliyyət göstərir: "İstərdim ki, gələcəkdə bu say daha da artsın. A sertifikatlı müəllimlərin sayı 1 %, B sertifikatlı müəllimlərin sayı isə 16 % təşkil edir".

DİM sədri söyləyib ki, nəzarətçi olmaq üçün sertifikasiyadan keçən müəllimlərə daha yüksək əməkhaqqı verilir və imtahanlara tez-tez cəlb olunur: "Fürsətdən istifadə edərək müəllimləri sertifikasiyadan keçməyə dəvət edirəm. Nəzarətçi müəllimin bazasından təxminən 150 nəfər imtahan rəhbəri seçilib. Bu da yaxşı göstəricidir. Çalışmalıyıq ki, region müəllimlərini də prosesə cəlb edək".

Son xəbərlər

Orphus sistemi