Məleykə Abbaszadə: "Bu yolla getməyi məsləhət görmürəm"

Məleykə Abbaszadə: "Bu yolla getməyi məsləhət görmürəm" Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə valideyn və abituriyetnlərə çağırış edib.
Elm və təhsil
8 Sentyabr , 2020 15:12
Məleykə Abbaszadə: Bu yolla getməyi məsləhət görmürəm
Məleykə Abbaszadə
0 : 00
0 : 00

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə valideyn və abituriyetlərə çağırış edib.

“Report” xəbər verir ki, DİM sədri abituriyentlərə ixtisas seçimində məhz özlərinin iştirak etmələrini məsləhət görüb.

O bildirib ki, çox vaxt kənar şəxslər bu işə cəlb olunur və monitorinq keçirəndə müxtəlif qruplar formalaşdığı müşahidə olunur və orada müxtəlif təkliflər səsləndirilir:

“Bu, yanlış yoldur və bu yolla getməyi məsləhət görmürəm. Bakıda 6 universitetdə və 9 regional bölmədə ixtisas seçimi əlaqədar məsləhət mərkəzləri yaradılıb. Orada bütün xidmətlər pulsuzdur. Hesab edirəm ki, hazırlıqlı abituriyent üçün bu xidmətə lüzum yoxdur”.

Son xəbərlər

Orphus sistemi