Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb - ƏMR

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb - ƏMR Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.
Elm və təhsil
221
15 Avqust , 2019 12:54
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb - ƏMR

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq. 

Proses sentyabrın 25-dək davam edəcək. Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar. 

Son xəbərlər

Orphus sistemi