Mehriban Vəliyeva: “IV siniflərin monitorinqinin nəticələri təhlil olunacaq”

Mehriban Vəliyeva: “IV siniflərin monitorinqinin nəticələri təhlil olunacaq” Paytaxtda keçirilən ümumi təhsil müəssisələrinin 4-cü siniflərindəki monitorinqin nəticələri təhlil olunacaq.
Elm və təhsil
3 İyul , 2023 12:57
Mehriban Vəliyeva: “IV siniflərin monitorinqinin nəticələri təhlil olunacaq”
Mehriban Vəliyeva

“Bakının ümumi təhsil müəssisələrinin 4-cü siniflərində keçirilən monitorinqlərin nəticəsi təhlil olunacaq”.

Bunu “Report”a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

İki ildir monitorinqlərin keçirildiyini xatırladan M.Vəliyeva bildirib ki, nəticələr yoxlanılıb statistik olaraq təhlil edilərək BŞTİ-yə təqdim olunacaq: "Monitorinqin nəticələri cari ildə IV sinfi bitirən şagirdlərin tədris dili və riyaziyyat fənlərindən ölkə üzrə məktəblərin reytinq göstəricisini müəyyənləşdirməyə, həmçinin bu fənlər üzrə həmin şagirdlərin hazırlıq vəziyyətini öz yaşıdları ilə müqayisə etməyə imkan yaradacaq. Düşünürük ki, bu, ibtidai təhsilin orta təhsil səviyyəsində məsuliyyətini bir az da artırır. Ümumilikdə bu, təhsilin keyfiyyətinin artırılması istiqamətində çox böyük addımdır".

Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.

Son xəbərlər

Orphus sistemi