İllər keçdikcə və tələbat artdıqca İtaliya-Azərbaycan Universitetində italiyalı professorların keçdiyi kursların sayı artırıla bilər.
Bunu “Report”a müsahibəsində İtaliya-Azərbaycan Universitetinin beş təsisçisindən biri olan İtaliyanın Luiss Hüquq Məktəbinin prezidenti Paola Severino deyib.
O qeyd edib ki, hazırda “GMaP-Made in Azerbaijan” proqramının strukturuna əsasən, birinci tədris ili Bakıda keçirilir və burada Luiss Universitetinin professorları 8 kurs təşkil ediblər:
“İllər keçdikcə ADA Universitetinin ehtiyac və tələblərindən asılı olaraq italiyalı professorların keçəcəyi kursların sayı artırıla bilər. Davam edən “GMaP Made in Azerbaijan” proqramı çərçivəsində Luiss professorları həmçinin ADA professorlarına “Made in Azerbaijan” Modulunun hazırlanmasında da dəstək olurlar. Bu modul ADA tərəfindən 2024-2025-ci tədris ilinin ikinci semestrində təklif ediləcək”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.