Komitə sədri: "Ali məktəblərdə magistratura üzrə dərsliklərin hazırlanmasına az diqqət edilir"

Komitə sədri: "Ali məktəblərdə magistratura üzrə dərsliklərin hazırlanmasına az diqqət edilir" Yaxın zamanlarda təhsilin digər pillələrinə dair qanun layihələri hazırlanacaq
Elm və təhsil
649
30 Yanvar , 2017 12:41
Komitə sədri: Ali məktəblərdə magistratura üzrə dərsliklərin hazırlanmasına az diqqət edilir

Bakı. 30 yanvar. REPORT.AZ/ “Magistratura pilləsinin dərslik və proqramları bakalavr pilləsinin dərslik və proqramlarından çox az fərqlənir”. “Report”un məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. 

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda 1998-ci ildən magistratura pilləsi olmasına baxmayaraq, bu təhsil pilləsi üzrə ali məktəblərdə dərsliklərin hazırlanmasına az diqqət edilir.
O bildirib ki, doktorantura ixtisasında fəlsəfə, informatika kimi fənlərin tədris proqramlarının dərslikləri olsa da, ixtisas fənləri Azərbaycan təhsilinin proqram və dərsliklərinin əhatəsində yoxdur: “Bu ixtisas üzrə yeni tipli kadrların hazırlanması vacib məsələdir”.
İ.Həbibbəyli qeyd edib ki, təhsilin inkişaf etdirilməsi üçün milli təhsilin bütün sferalarında istehsalatda, sənaye sahələrində doğru addımlar atılmalıdır: “Təhsil elm iqtisadiyyatın vəhdəti Azərbaycan cəmiyyətinin parlaq inkişafının ana xəttini təmin edir. Təhsilin qanunvericilik bazasının hazırlanması istiqamətində ölkədə mühüm addım atılır. Yaxın zamanlarda təhsilin digər pillələrinə dair qanun layihələri hazırlanacaq. Hazırlanan qanun layihələrində ilk növbədə Azərbaycanın reallığı, mövcud potensial və imkanlar əsas götürülür”.