Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu başlayıb.
"Report" xəbər verir ki, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq üç tədris ili çalışan şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, namizədlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.
Namizədlərə qeydiyyatdan keçərkən və sənədləri yükləyərkən diqqətli olmaq tövsiyə edilir.
Müsabiqə şərtlərinə uyğun olaraq, sosial amillərlə bağlı elektron ərizəyə aşağıdakı sənədlər yüklənilməlidir:
Əri və ya arvadı hərbçi olduqda:
nikah haqqında şəhadətnamənin surəti;
ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti.
Şəhid ailəsi üzvü olduqda:
şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin (doğum haqqında şəhadətnamənin) surəti;
İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə:
həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti.
Yuxarıda qeyd olunan şərtləri ödədikdə:
sosial amilləri təsdiq edən bütün sənədlərin surəti.
Qeyd olunan amilləri təsdiq edən sənədlərin hər birini bir vahid faylda toplayaraq elektron ərizənizə yükləməyiniz tələb olunur.
Namizədlər aprelin 8-i saat 11:00-dək