DİM sədri III qrup ixtisas qrupu ilə bağlı son durumdan danışdı

DİM sədri III qrup ixtisas qrupu ilə bağlı son durumdan danışdı “Bu il III qrup üzrə müsabiqə vəziyyəti keçən ilki kimi gözlənilir. Keçid balları təxminən eyni səviyyədə olacaq”.
Elm və təhsil
11 Sentyabr , 2020 12:31
DİM sədri III qrup ixtisas qrupu ilə bağlı son durumdan danışdı
0 : 00
0 : 00

“Bu il III qrup üzrə müsabiqə vəziyyəti keçən ilki kimi gözlənilir. Keçid balları təxminən eyni səviyyədə olacaq”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə əlavə edib ki, bu il III ixtisas qrupunda yeni ixtisaslar yoxdur:

“4 ixtisas ləğv edilib və onlar üzrə plan yerləri təqdim edilməyib. Bu il hüquqşünaslıq ixtisası üzrə 300 əyani, 20 qiyabi yer təqdim olunub”.

O həmçinin qeyd edib ki, bu il III qrupda 600-dən çox bal toplayanların ümumi sayı 555 nəfər olub:

“Belə abituriyentlərin hamısı dövlət sifarişli yerləri seçməyə meyillidirlər. Keçən il ən yüksək müsabiqə vəziyyəti olan ixtisaslar hüquqşünaslıq (tədris ingilis dilində), dövlət və ictimai münasibətlər və s. olub. Ən aşağı nəticələr isə tərcümə (fars dili), məktəbəqədər təlim və tərbiyə, ibtidai sinif müəllimliyi, təhsildə psixoloji xidmət, tarix müəllimliyi olub”.

Son xəbərlər

Orphus sistemi