İyulun 11-12-də Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək.
İlahiyyat İnstitutundan "Report"a verilən məlumata görə, simpoziumun keçirilməsində məqsəd Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılmasıdır. Eyni zamanda, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitinin dünyaya tanıdılmasıdır.
II Beynəlxalq Simpoziumda Türkiyənin “İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse,Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov, Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdrəhmanov, Rusiya İslam İnstitutunun rektoru Rafiq Muxametşin, Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru, professor Şuhrat Yovkoçev, Rus-Ərəb Tədqiqatları və İnformasiya Fondunun direktoru Məcid Əbdüləziz əl-Turki iştirak edəcəklər. Ümumilikdə, Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı kimi xarici ölkə universitetlərində Qafqazda islam sivilizasiyası mövzusu üzrə çalışan alim, tədqiqatçı və ekspertlər Simpoziumda məruzələrlə çıxış edəcəklər.
İki gün davam edəcək beynəlxalq dimpozium açılış mərasimi və panellərlə davam etdiriləcək.
Tədbirdə 100-dən çox məruzəçinin məruzələri 11 paneldə – “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”; “Qafqazda İslam elmlərinin inkişafı”; “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”; “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti
Konfransın materialları kitab şəklində çap olunacaq.