İƏT ölkələrinin Azərbaycanda qrantla ali təhsil alan vətəndaşlarına təqaüd veriləcək

İƏT ölkələrinin Azərbaycanda qrantla ali təhsil alan vətəndaşlarına təqaüd veriləcək Nazirlər Kabineti 2018-ci il 19 fevral tarixli Qərarla təsdiq edilmiş “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ndə dəyişiklik edib.
Elm və təhsil
31 Avqust , 2019 23:04
İƏT ölkələrinin Azərbaycanda qrantla ali təhsil alan vətəndaşlarına təqaüd veriləcək

Nazirlər Kabineti 2018-ci il 19 fevral tarixli Qərarla təsdiq edilmiş “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ndə dəyişiklik edib.

"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ndə bir sıra dəyişikliklər edilib - 2.1-ci bəndin birinci cümləsi “Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir.” - redaksiyası ilə verilib.

2.3-cü bənddə “Nəqliyyat” sözü “Beynəlxalq nəqliyyat” sözləri ilə əvəz olunub. 3.2.2-ci yarımbəndin birinci cümləsinə və üçüncü cümləsinə hər iki halda “nəqliyyat” sözündən əvvəl “beynəlxalq” sözü əlavə edilib, ikinci cümləsində “Nəqliyyat” sözü “Beynəlxalq nəqliyyat” sözləri ilə əvəz olunub.

Həmin Qaydalara əlavə - “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində verilən təhsil qrantının məbləği” üzrə: “(viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, zəruri tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, ildə bir dəfə ölkələrinə gediş və gəliş)” sözləri çıxarılıb; “Qeyd”də “nəqliyyat” sözü “beynəlxalq nəqliyyat” sözləri ilə əvəz olunub. 

Qərara əsasən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Azərbaycanın ali təhsil müəssisələrində qrantla təhsil alan vətəndaşlarına təqaüd veriləcək. 

Son xəbərlər

Orphus sistemi