İdarə müdiri İslamiada zamanı Bakı məktəblərində dərslərin təxirə salınınıb-salınmayacağına aydınlıq gətirib

İdarə müdiri İslamiada zamanı Bakı məktəblərində dərslərin təxirə salınınıb-salınmayacağına aydınlıq gətirib "Tədris prosesinə mane olmadan bu tədbirdə Bakı məktəblərinin iştirakı təmin olunacaq"
Elm və təhsil
14 Aprel , 2017 11:21
İdarə müdiri İslamiada zamanı Bakı məktəblərində dərslərin təxirə salınınıb-salınmayacağına aydınlıq gətirib
Report.az

Bakı. 14 aprel. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi mayın 12-dən başlayaraq Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxt məktəblərində dərs vaxtında hansısa dəyişikliklərin olub-olmayacağına münasibət bildirib.

“Report”un xəbərinə görə, bununla bağlı İdarənin müdiri Məhəbbət Vəliyeva deyib ki, Oyunların yüksək beynəlxalq tədbir olduğunu və əhəmiyyətini nəzərə alaraq orta məktəb şagirdlərinin, məktəblərin qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin üzərinə düşür.

O qeyd edib ki, bu işin təşkili və nəzarəti İdarə tərəfindən həyata keçirilir: "Belə olan hallarda tədris proqramlarının vaxtında yerinə yetirilməsi, başa çatdırılmasını əsas məqsəd kimi unutmuruq. Bu səbəbdən də tədris prosesinə mane olmadan bu tədbirdə Bakı məktəblərinin iştirakı təmin olunacaq.

Bunun üçün xüsusi təşkilati işlər görülür. Lakin Oyunların keçirildiyi müddətdə dərslərin müəyyən müddətə təxirə salınması ilə bağlı Təhsil Nazirliyi tərəfindən bu günə qədər bizə heç bir tapşırıq və ya göstəriş verilməyib. Əgər hər hansı göstəriş olarsa, o zaman məsələ tərəfimizdən icra olunacaq".

Son xəbərlər

Orphus sistemi