Gürcüstanın azərbaycanlı vətəndaşları ölkənin baş naziri Giorgi Qaxariaya müraciət hazırlayıblar.
“Report”un yerli bürosu xəbər verir ki, sənəddə Gürcüstanda Azərbaycandilli kadrlar hazırlayacaq ali məktəbin təsis edilməsi xahiş olunur.
Müraciətdə qeyd olunub ki, Gürcüstanın təhsil qanunvericiliyinə əsasən, ölkədə yaşayan azərbaycanlılarının etnik azlıq kimi ana dilində təhsil almaq hüququ var: “Ölkədə çoxluq təşkil edən milli azlıq kimi biz öz ana dilimizdə təhsil almaq üçün Gürcüstanda Azərbaycandilli kadrlar hazırlayan universitetin təsis olunmasını tələb edirik”.
Bildirilib ki, yaradılacaq ali məktəbdə hazırlanacaq kadrlar gələcəkdə Azərbaycandilli məktəblərdə dərs deyə, bəzi kadrlar isə universitetdə qalıb magistratura, doktoranturada təhsillərini davam etdirə və sonradan həmin universitetdə pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
Müraciətdə universitetdə pedaqoji kadr hazırlayan fakultədən əlavə biznes, hüquq, sosial elmlər və digər fakultələrin də yaradılması, təhsilin gürcü və ya ingilis dilində olması təklif olunub.
Müraciət müəllifləri təsis olunacaq universitetə Azərbaycanın dahi oğlu, Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olan, Azərbaycan və gürcü xalqları arasında “Dostluq simvolu” olan Nəriman Nərimanovun adının verilməsini istədiklərini vurğulayıblar.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva "Report”un yerli bürosuna bildirib ki, imzatoplama kampaniyasına bir həftədir başlanılıb və artıq 300-ə yaxın şəxs sənədə imza atıb. Kampaniya çərçivəsində azərbaycanlı ziyalılar, müəllimlər, valideynlər, orta və ali məktəblərdə təhsil alan gənclər,