Fond: "Ötən tədris ilində 1147 tələbənin kredit müraciətinə imtina verilib"
- 09 sentyabr, 2022
- 07:16
Yeniliklərdən dərhal xəbərdar olun!
"Ötən tədris ilində 1 147 tələbənin kredit müraciətinə imtina verilib".
“Report” xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2021-2022-ci tədris ilində təhsil tələbə krediti ilə bağlı 10 597 müraciət olub: Həmin müraciətlərdən 7 962-si yekunlaşdırılıb, 2 635-i natamam hesab olunub. Bu müddətdə 1 147 tələbənin müraciətinə imtina verilib. Gender bölgüsünə gəlincə, kredit alan 6 815 tələbədən 3 786-sı qadın, 3 029-u isə kişi olub. Ali təhsilin bakalavr pilləsi üzrə 5795, magistr üzrə 849 nəfərə təhsil krediti verilib. Bu müddətdə kreditlər üçün ümumilikdə 5 991 947,67 manat vəsait xərclənib. Ən çox Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri kredit alıb".