Əziz Səncər türk dövlətlərinə çağırış edib

Əziz Səncər türk dövlətlərinə çağırış edib "Türk dünyası bilik və bacarıqların inkişafına nə qədər çox sərmayə yatırsa, nə müharibədə uduzar, nə də qazanılan zəfəri müzakirələr zamanı əldən çıxarar.
Elm və təhsil
6 Dekabr , 2021 11:41
Əziz Səncər türk dövlətlərinə çağırış edib
Əziz Səncər

"Türk dünyası bilik və bacarıqların inkişafına nə qədər çox sərmayə yatırsa, nə müharibədə uduzar, nə də qazanılan zəfəri müzakirələr zamanı əldən çıxarar. Son 5 ildir əlimdən gəldiyi qədər bütün türk dövlətlərini ziyarət edirəm, rəsmilərlə görüşürəm və onları elmə böyük sərmayə qoymağa çağırıram".

"Report" xəbər verir ki, bunu Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, texnologiyadan əlavə, təməl biliklərə sərmayə qoyulması vacibdir: "Silah və ya digər hərbi texnikaları pulla satın almaq olar. Lakin onlar sıradan çıxsa peşəkar kadr olmasa yarı yolda qalarsınız. Eyni zamanda, tam müstəqil və haqqımızı deyə biləcək səviyyəyə çatmaq üçün təməl biliklərə böyük sərmayə qoyulmalıdır".

Son xəbərlər

Orphus sistemi