Ən yığcam yaddaş qurğusu yaradıldı

Ən yığcam yaddaş qurğusu yaradıldı Mövcud flash yaddaş qurğularından yüzqat daha böyük tutuma malik, eyni zamanda ən yığcam məlumat saxlama qurğusu yaradılıb.
Elm və təhsil
1500
24 Noyabr , 2020 19:07
Ən yığcam yaddaş qurğusu yaradıldı

Mövcud flash yaddaş qurğularından yüzqat daha böyük tutuma malik, eyni zamanda ən yığcam məlumat saxlama qurğusu yaradılıb.

“Report” xəbər verir ki, ABŞ, Böyük Britaniya, Tayvan alimlərinin “Nature Nanotechnology”də dərc edilmiş birgə tədqiqatında bir kvadrat nanometr (1 nanometr 1 millimetrin milyonda biridir) ölçülü ən yığcam yaddaş qurğusu təqdim olunur.

Araşdırma müəlliflərinə görə, daha kiçik ölçülü mikrosxemlərin tətbiqi enerji sərfini azaldaraq tutumunu artırır. Beləliklə də, daha sürətli prosesorlar ən yığcam kompüter və smartfon cihazlarını yaratmağa imkan yaradır.

Tədqiqata maliyyə ayıran ABŞ-ın Ordu Tədqiqat Ofisinin (ARO) proqram meneceri, araşdırma müəlliflərindən biri Çakrapani Varanasi qeyd edib: “Bu araşdırmada əldə edilən nəticələr neyromorf hesablama sistemləri, radiotezlik rabitə sistemləri və s. gələcək nəsil proqram tətbiqlərini yaratmaq üçün geniş imkanlar açır”.

Son xəbərlər

Orphus sistemi