Emin Əmrullayev: “Xaricdə təhsillə bağlı 673 nəfər müraciət edib”

Emin Əmrullayev: “Xaricdə təhsillə bağlı 673 nəfər müraciət edib” “Xaricdə təhsillə bağlı 673 nəfər müraciət edib. Onlardan təxminən 240 nəfəri bakalavr, 433 nəfəri isə magistrdır. Bu il üçün 400 nəfərin xaricdə təhsil üçün göndərilməsi planlaşdırılır”.
Elm və təhsil
27 İyul , 2022 11:40
Emin Əmrullayev: “Xaricdə təhsillə bağlı 673 nəfər müraciət edib”

“Xaricdə təhsillə bağlı 673 nəfər müraciət edib. Onlardan təxminən 240 nəfəri bakalavr, 433 nəfəri isə magistrdır. Bilirik ki, bu il üçün 400 nəfər xaricdə təhsil almaq üçün göndəriləcək. Hesab edirik ki, növbəti illərdə bu say artacaq”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

“Bizim maksimum 80 nəfərə bakalavr, minimum 120 nəfərə magistratura üzrə təqaüdlərimiz var. Bizim üstünlük verdiyimiz ixtisaslar var. Həmin ixtisaslar üzrə yer alan tələbələrə təqaüd veriləcək. Proqramın mahiyyəti Azərbaycanın gələcəyi üçün hansı ixtisaslar önəmlidirsə, bu üzrə maliyyələşdirmə olsun. Növbəti 2-3 həftə ərzində bütün prosedurlar bitəcək”, - o, əlavə edib.

Son xəbərlər

Orphus sistemi