Emin Əmrullayev: “Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması müzakirə olunur”

Emin Əmrullayev: “Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması müzakirə olunur” “Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması müzakirə olunur. İki ölkə arasında təhsil sahəsində müzakirə olunan digər məsələ ikili diplomla bağlıdır”.
Elm və təhsil
4 Noyabr , 2021 13:23
Emin Əmrullayev: “Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması müzakirə olunur”
Emin Əmrullayev

“Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması müzakirə olunur. İki ölkə arasında təhsil sahəsində müzakirə olunan digər məsələ ikili diplomla bağlıdır”.

Bunu “Report”un Türkiyə bürosuna müsahibəsində Azərbaycanın təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bu ildən Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında müvafiq qaydada ikili diplom proqramı başlayıb: “Bu, hüquqi-nöqteyi nəzərdən tam tanınan diplomlardır və ilk dəfədir tətbiq olunur. Türkiyədə apardığımız müzakirələr zamanı belə ikili diplom proqramlarının başqa sahələrdə, o cümlədən tibb, İKT sahələrində də olmasını təklif etdik. Ümid edirik ki, gələcəkdə universitetlər arasında əməkdaşlıq proqramlarının sayı artacaq”.

Qeyd edək ki, E.Əmrullayev Türkiyənin İstanbul şəhərində səfərdədir.

Son xəbərlər

Orphus sistemi