"Təhsil sistemi ilə əmək bazarı arasındakı münasibətlərdə problemlər var" - RƏY

"Təhsil sistemi ilə əmək bazarı arasındakı münasibətlərdə problemlər var" - RƏY Ekspertlər əmək bazarının strukturunda dəyişiklik və post-pandemiya dövründə mütəxəssis hazırlığı üçün yeni mexanizmlərin tətbiq edilməsinin zəruriliyini proqnozlaşdırırlar. Bu gün bazarda tələb olanunlar arasında antiböhran mütəxəssisləri, maliyyə məsləhətçiləri, habelə İT mütəxəssisləri, proqramçılar, kontent-menecerləri, elektron ticarət mütəxəssisləri və s. kimi rəqəmsal peşələrin nümayəndələri var.
Elm və təhsil
255
3 İyun , 2020 14:28
Təhsil sistemi ilə əmək bazarı arasındakı münasibətlərdə problemlər var - RƏY

Ekspertlər əmək bazarının strukturunda dəyişiklik və post-pandemiya dövründə mütəxəssis hazırlığı üçün yeni mexanizmlərin tətbiq edilməsinin zəruriliyini proqnozlaşdırırlar. Bu gün bazarda tələb olanunlar arasında antiböhran mütəxəssisləri, maliyyə məsləhətçiləri, habelə İT mütəxəssisləri, proqramçılar, kontent-menecerləri, elektron ticarət mütəxəssisləri və s. kimi rəqəmsal peşələrin nümayəndələri var.

Bəs görəsən, Azərbaycanın əmək bazarında tələb və təklif necədir? Yeni hansı peşələrə ehtiyac var?

Mövzu ilə bağlı “Report”a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycanda insan kapitalının inkişaf səviyyəsi digər ölkələrlə müqayisədə nisbətən aşağıdır.

Onun sözlərinə görə, rəqəmsal texnologiyaların tətbiqi və informasiya texnologiyalarının sürətlə iqtisadiyyata daxil olması halında təbii ki, bu istiqamətdə yeni peşə-ixtisas sahələri yaranır:

"Bu sahələr üzrə də əmək bazarının tələbinə uyğun olaraq mütəxəssislərin hazırlanması zərurəti var. Çünki Azərbaycanda sahibkarlıq subyektləri arasında keçirilən sorğuların nəticələrinə görə, şikayətlərin böyük hissəsi yeni mütəxəssislərin tapılmasında çətinliyin olmasıdır. Bizim müəssisələr mütəxəssisləri daha çox xaricdən cəlb edirlər. Bu da çox baha başa gəlir. Nəticədə layihələrin icra edilməsində, istehsalatda və xidmət sahəsində yeni innovativ ideyaların tətbiq edilməsində çətinliklər ortaya çıxır və gecikmələr baş verir. Bununla da artıq biz resurs və əməktutumlu iqtisadiyyatdan innovasiya və elmtutulmu iqtisadiyyata keçid etməliyik. Çünki pandemiya dövrünün Azərbaycan iqtisadiyyatı üçün ortaya qoyduğu çox ciddi çağırışdır. Buna uyğun olaraq bir sıra peşə sahələri var ki, mərhələli şəkildə dövriyyədən kənarlaşa bilərlər. Bilirik ki, növbəti on ildə həm istehsalatada, həm də xidmət sahələrində robotlardan istifadə ediləcəyi ehtimalı çoxdur. Bu fonda Azərbaycanda mütəxəssislərin hazırlanması zamanı əməktutumlu sahələrdən çox daha çox elmtutumlu, beyintutumlu sahələrə yönəlik dəyişikliyin baş verməsi zəruridir”.

Ekspert bildirib ki, bütün sahələrdə yeni ixtisaslara, bazar tələbinə uyğun mütəxəssislər yetişdirilməlidir: 

“Bunun üçün təhsil sahəsində yeni yanaşmaların tətbiqinə ehtiyac var. Təhsil müəssisələrinin buraxdığı, diplom verdiyi kadrlar iqtisadiyyata yararlı ola bilirmi? Çox az hallarda. Bizim hansı universitet dünya reytinqlərində ilk minliyə düşür? Peşə məktəbləri də həmçinin. Təhsil sistemi ilə əmək bazarı arasındakı münasibətlərdə problemlər var. Əksər ölkələrdə təhsil müəssisələri ilə istehsal müəssələri arasında razılaşma əsasında kadrlar yetişdirilir. Burada standartları, tələbləri və keyfiyyət göstəricilərini müəyyənləşdirən ikinci tərəf olan biznes subyektləridir. Onlar öz tələblərinə uyğun mütəxəssislərin yetişdirilib təhvil verilməsini ortaya qoyur. Burada bəzən qarşılıqlı maliyyələşmə də olur. Bizdə say xətrinə qəbullar həyata keçirirlər. Bazarın tələbləri müəyyənləşdirilmir. Universitetlərin heç biri bazar monitorinqləri əsasında ixtisaslar yaratmır. Qiymətləndirmə meyarları yoxdur ki, universiteti bitirənlərin nə qədəri öz ixtisasına uyğun iş tapa bilib və uğurludur. Buna görə də Azərbaycanda günün tələbinə uyğun kadrların yetişdirliməsinə hədəflənmiş strategiya hazırlanmalıdır”.

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”a bildirilib ki, mövcud bazar dəyişiklikləri nəzərə alınmaqla kadr hazırlığı proqramları barədə hazırda müzakirələr gedir: "Bu barədə konkret məlumat və ya açıqlamamız yoxdur".

Son xəbərlər

Orphus sistemi