Elm və Təhsil Nazirliyi 6 məsləhətçi axtarır
- 01 may, 2023
- 12:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Elm və Təhsil Nazirliyi Regional Təhsil İdarələrində 6 məsləhətçi vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edib.
"Report"un məlumatına görə, müsahibəyə çıxarılan vəzifələr aşağıdakılardır:
1. Dağlıq Şirvan Regional Təhsil İdarəsinə Maliyyə-iqtisadiyyat sektoru üzrə baş məsləhətçi;
2. Qarabağ Regional Təhsil İdarəsinə Tədrisin keyfiyyəti sektoruna aparıcı məsləhətçi;
3. Quba-Xaçmaz Regional Təhsil İdarəsinə Tədrisin keyfiyyəti sektoruna məsləhətçi;
4. Quba-Xaçmaz Regional Təhsil İdarəsinə İnzibati təşkilat sektoruna aparıcı məsləhətçi;
5. Mil-Muğan Regional Təhsil İdarəsinə Sabirabad rayonu üzrə təhsil sektoruna aparıcı məsləhətçi;
6. Şirvan-Salyan Regional Təhsil İdarəsinə Maliyyə-iqtisadiyyat sektoruna aparıcı məsləhətçi.