Dünya Bankının nümayəndəsi: "Azərbaycan hökuməti ilə təhsil sahəsində əməkdaşlığa hazırıq"

Dünya Bankının nümayəndəsi: "Azərbaycan hökuməti ilə təhsil sahəsində əməkdaşlığa hazırıq" Navid Həsən Naqvi: "Azərbaycan əhalisi gəncdir və burada varlı təbəqə olmaqla yanaşı kasıb təbəqə də var"
Elm və təhsil
8 Fevral , 2017 11:50
Dünya Bankının nümayəndəsi: Azərbaycan hökuməti ilə təhsil sahəsində əməkdaşlığa hazırıq

Bakı. 8 fevral. REPORT.AZ/ "Dünya Bankı Azərbaycan hökuməti və Təhsil Nazirliyi ilə təhsil sektoruna ən yaxşı təcrübəni gətirmək üçün əməkdaşlıq etməkdə maraqlıdır".

"Report"un məlumatına görə, bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi deyib.

O bildirib ki, bu işi müxtəlif tərəfdaşlarla əməkdaşlıq sahəsində həyata keçirməyə hazırdırlar: "Bir sıra tərəfdaşlar deyəndə Maliyyə Nazirliyini də nəzərdə tuturam. “Maarifçi” Tələbə Kredit Fondu ilə də xeyli müddətdir əməkdaşlığımız var".

Bankın rəsmisi qeyd edib ki, bu sistemi daha təkmil formaya salmaq mümkündür: "Azərbaycanda ali təhsil sistemindən bəhrələnənlərin sayı çox olsa da digər ölkələrdə vəziyyət daha yaxşıdır. Kredit sisteminin tətbiq edilməsi bu sahədə atılan böyük addımdır. Bu, ali təhsildə mobil çevikliyin tətbiqində əsas amillərdəndir. Azərbaycan əhalisi gəncdir və burada varlı təbəqə olmaqla yanaşı kasıb təbəqə də var. Onlar bu layihədən bəhrələnməlidirlər. Biz bu yolda sizə köməklik göstərməyə hazırıq”.  

Son xəbərlər

Orphus sistemi