Dövlət İmtahan Mərkəzi fənlər üzrə qəbul proqramlarını Təhsil Nazirliyi ilə razılaşdıracaq

Dövlət İmtahan Mərkəzi fənlər üzrə qəbul proqramlarını Təhsil Nazirliyi ilə razılaşdıracaq Qurum ölçmə-qiymətləndirmə materiallarının nümunələrini rəy bildirmək üçün nazirliyə təqdim edəcək
Elm və təhsil
12 Aprel , 2016 09:34
Dövlət İmtahan Mərkəzi fənlər üzrə qəbul proqramlarını Təhsil Nazirliyi ilə razılaşdıracaq

Bakı. 12 aprel. REPORT.AZ/ Yeni yaradılan Azərbaycan Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən etməlidir.

"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.

Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

Dövlət İmtahan Mərkəzi imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayacaq və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, təsdiq etməlidir.

Qurum ölçmə-qiymətləndirmə materiallarının nümunələrini rəy bildirmək üçün Təhsil Nazirliyinə təqdim edəcək.

Mərkəzin ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodik monitorinqini həyata keçirmək səlahiyyəti var.

Mərkəz qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparacaq və nəticələrini Prezidentə və Təhsil Nazirliyinə təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi