Dövlət başçısı: “Qarşıya məqsəd qoyulub ki, bu il qəzalı məktəblərin təmiri ilə bağlı bütün proqramı icra edək”

Dövlət başçısı: “Qarşıya məqsəd qoyulub ki, bu il qəzalı məktəblərin təmiri ilə bağlı bütün proqramı icra edək” “Kəndlərdə 100-dən çox məktəb qazlaşdırılacaq”
Elm və təhsil
30 Yanvar , 2018 09:36
Dövlət başçısı: “Qarşıya məqsəd qoyulub ki, bu il qəzalı məktəblərin təmiri ilə bağlı bütün proqramı icra edək”

Bakı. 30 yanvar. REPORT.AZ/ “Kəndlərdə 100-dən çox məktəb qazlaşdırılacaq, yüzlərlə məktəbdə təmir işləri aparılacaq”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Prezident bildirib ki, Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək: “Beləliklə, biz Bakı şəhərində məktəb tikintisi və təmiri problemlərinin həllinə nail olacağıq. Əlbəttə ki, növbəti illərdə bütün bölgələrdə, rayonlarda yeni məktəblər tikiləcək, təmir olunacaq. Ancaq qarşıya məqsəd qoyulub ki, bu il biz qəzalı məktəblərin təmiri ilə bağlı bütün proqramı icra edək. Hesab edirəm ki, bu, mümkündür”.