Dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə start verilib - YENİLƏNİB

Dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə start verilib - YENİLƏNİB Dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.
Elm və təhsil
5 İyul , 2024 16:45
Dördüncü Yüksəliş müsabiqəsinin yarımfinal mərhələsinə start verilib - YENİLƏNİB

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, "Bakı Ekspo Mərkəzi"ndə keçirilən mərasimdə "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

"Yüksəliş" müsabiqəsinin dördüncü mövsümünün yarımfinal və final mərhələlərinin ümumi konsepti "Təbiəti Yaşıllaşdır, Dünyanı Yaxşılaşdır" şüarı ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən elan edilən "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub.

Namizədlər açılış gününə özəl təşkil olunmuş "Yaşıl aksiya"da iştirak ediblər. Bu təşəbbüs iştirakçıların təbiətə olan sevgisini artırır və onları ətraf mühitin qorunması istiqamətində fəal olmağa çağırır. Təbiəti yaşıllaşdırmaq və dünyanı yaxşılaşdırmaq yanaşmasına əsasən keçirilmiş "Yaşıl aksiya" iştirakçılar arasında böyük marağa səbəb olub.

Qeyd edək ki, əyani mərhələni uğurla başa vuran 328 namizəd yarımfinalda iştirak edir. "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin ilk günündə iştirakçılar "Nə? Harada? Nə zaman?" intellektual oyununda öz bilik və bacarıqlarını nümayiş etdirdilər.

Yarımfinalın növbəti günlərində iştirakçılar keyslər üzrə mübarizə aparacaq və onların səkkiz səriştəsi (strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət, liderlik) ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan "Qiymətləndirmə konfransı" metodu ilə həyata keçirilir. Namizədlərin səriştələri onlara verilən tapşırıqlara yanaşmalarına əsasən qiymətləndiriləcək. İştirakçılara təqdim edilən keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl formatda hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini əhatə edir. Yarımfinal mərhələsi 7 iyul tarixində tamamlanacaq. Mərhələni uğurla başa vuran iştirakçıları final mərhələsi gözləyir. Müsabiqənin final mərhələsi 19-21 iyul tarixlərində keçiriləcək. Bununla da dördüncü “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

15:08

Dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.

"Report" xəbər verir ki, "Bakı Ekspo Mərkəzi"ndə keçirilən mərhələdə qonaq qismində "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev və gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edirlər.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsinin dördüncü mövsümünün yarımfinal və final mərhələlərinin ümumi konsepti "Təbiəti Yaşıllaşdır, Dünyanı Yaxşılaşdır" şüarı ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən elan edilən "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub.

Son xəbərlər

Orphus sistemi