DİM: 40 yaşdan yuxarı namizədlərdən yalnız 4 nəfər imtahanı uğurla keçib

DİM: 40 yaşdan yuxarı namizədlərdən yalnız 4 nəfər imtahanı uğurla keçib Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 651 nəfər (uğur əldə edənlərin təqribən 88%-i, 281 kişi və 370 qadın) 20‑29 yaş intervalında olan namizədlərdir
Elm və təhsil
3 Mart , 2021 09:35
DİM: 40 yaşdan yuxarı namizədlərdən yalnız 4 nəfər imtahanı uğurla keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 19 fevral 2021-ci ildə inzibati vəzifələrin A və B növünə (inzibati rəhbər və icraçı vəzifələr) aid olan AA, AB, AC, BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçirilib.

DİM-dən "Report"a verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 1008 nəfəri kişi, 1084 nəfəri isə qadın olmuşdur. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 931 nəfər (qeydiyyatdan keçənlərin 92.4%-i), qadınlar üzrə isə 1005 nəfər (qeydiyyatdan keçənlərin 92.7%-i) 20-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupları (45-64 yaş intervalı) üzrə 17 nəfər (9 kişi, 8 qadın) qeydiyyatdan keçsə də, imtahanda yalnız 1 nəfər (1 qadın) uğur qazana bilib. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 4 nəfər imtahanı uğurla keçib.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 651 nəfər (uğur əldə edənlərin təqribən 88%-i, 281 kişi və 370 qadın) 20‑29 yaş intervalında olan namizədlərdir. 30-39 yaş intervalında isə 85 nəfər (42 kişi və 43 qadın) lazım olan balı toplaya bilib.

Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 721 nəfəri, yəni təqribən 97.4%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 19 nəfərdir.

Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2092 namizəddən 740 nəfəri (35.4%) müvəffəqiyyət əldə edib. Nəticələrə kişi və qadınlar üzrə ayrıca baxsaq görərik ki, qadınların müvəffəqiyyət göstəriciləri nisbətən yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 1008 kişidən 324 nəfər (32.1%), 1084 qadından isə 416 nəfər (38.4%) uğur əldə edib.

Daha ətraflı statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Kişi və qadınlar üzrə məlumat

Cinsi

Yaş intervalı

Qeydiyyatdan keçmişdir

Test imtahanından uğurla keçib

Faizlə (%)

Kişi

20-24

311

158

50.8

Kişi

25-29

445

123

27.6

Kişi

30-34

175

33

18.9

Kişi

35-39

58

9

15.5

Kişi

40-44

10

1

10.0

Kişi

45-49

5

0

0.0

Kişi

50-54

0

0

0.0

Kişi

55-59

2

0

0.0

Kişi

60-64

2

0

0.0

Kişilər üzrə cəmi:

1008

324

32.1

Qadın

20-24

422

218

51.7

Qadın

25-29

422

152

36.0

Qadın

30-34

161

37

23.0

Qadın

35-39

56

6

10.7

Qadın

40-44

15

2

13.3

Qadın

45-49

6

1

16.7

Qadın

50-54

1

0

0.0

Qadın

55-59

1

0

0.0

Qadın

60-64

0

0

0.0

Qadınlar üzrə cəmi:

1084

416

38.4

Yekun:

2092

740

35.4

Ümumi məlumat

Yaş intervalı

Qeydiyyatdan keçmişdir

Test imtahanından uğurla keçib

Faizlə (%)

20-24

733

376

51.3

25-29

867

275

31.7

30-34

336

70

20.8

35-39

114

15

13.2

40-44

25

3

12.0

45-49

11

1

9.1

50-54

1

0

0.0

55-59

3

0

0.0

60-64

2

0

0.0

Cəmi:

2092

740

35.4

Son xəbərlər

Orphus sistemi