DİM sədri: "Qızların ixtisas seçimi məsələsində stereotiplər qalmaqdadır"

DİM sədri: "Qızların ixtisas seçimi məsələsində stereotiplər qalmaqdadır" "Regionlarda bir stereotip də var ki, qızlar göz qabağında olmalıdır"
Elm və təhsil
30 May , 2018 15:45
DİM sədri: Qızların ixtisas seçimi məsələsində stereotiplər qalmaqdadır
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ "Qızların ixtisas seçimi məsələsində hələ də stereotiplər qalmaqdadır. Bizim cəmiyyətdə ixtisaslar iki qrupa bölünür: qadın ixtisası və kişi ixtisası..."

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə Azərbaycan Qadınlarının V Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, qızlar daha çox müəllimlik ixtisaslarını seçirlər, mühəndisliyə üstünlük vermirlər: "Regional universitetlərin müəllimlik ixtisaslarının 80 faizini, bəzən isə 100 faizini ancaq qızlar seçir və orada ən çox qızlar oxuyur".

"Regionlarda bir stereotip də var ki, qızlar göz qabağında olmalıdır", - deyən M.Abbaszadənin sözlərinə görə, baxmayaraq ki, qəbul imtahanlarında regionlardan olan qızlar yüksək bal toplayırlar, lakin valideynlər onlara böyük şəhərlərdə oxumağa icazə vermirlər.

Son xəbərlər

Orphus sistemi