Deputat: "Azərbaycanda 16 rusdilli məktəb var, 342 məktəbdə rus bölməsi mövcuddur"

Deputat: "Azərbaycanda 16 rusdilli məktəb var, 342 məktəbdə rus bölməsi mövcuddur" “Azərbaycanda qeyri-tolerantlıq, diskriminasiya yoxdur, ölkədə şovinizmə yad münasibət var. Azərbaycan çoxmillətli dövlətdir, lakin dövlətin unikallığı bunda deyil. Dövlətin unikallığı ondadır ki, hər bir kəs öz dilini, dinini qoruyub-saxlayıb, öz dilində danışır, talış, ləzgi, gürcü dillərində dərsliklər, qəzetlər nəşr edilir. Azərbaycanda unikal etnik sülh yaranıb.
Elm və təhsil
18 İyun , 2019 15:46
Deputat: Azərbaycanda 16 rusdilli məktəb var, 342 məktəbdə rus bölməsi mövcuddur

“Azərbaycanda qeyri-tolerantlıq, diskriminasiya yoxdur, ölkədə şovinizmə yad münasibət var. Azərbaycan çoxmillətli dövlətdir, lakin dövlətin unikallığı bunda deyil. Dövlətin unikallığı ondadır ki, hər bir kəs öz dilini, dinini qoruyub-saxlayıb, öz dilində danışır, talış, ləzgi, gürcü dillərində dərsliklər, qəzetlər nəşr edilir. Azərbaycanda unikal etnik sülh yaranıb".

“Report”un məlumatına görə, bunu Milli Məclisin deputatı və Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, milli azlıqlara münasibət Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir: “Azərbaycan Konstitusiyası beynəlxalq prinsiplər əsasında hazırlanıb. Bu Konstitusiyaya uyğun olaraq, dövlət irqindən, dinindən, siyasi mənsubiyyətindən, əmlak səviyyəsindən asılı olmayaraq, hər kəsin hüquqlarını qoruyur. Bu, çox vacib məsələdir. Azərbaycanda hüquqların qorunması yalnız sənəddə öz əksini tapmayıb, əməldə də ona riayət edilir".

M.Zabelin qeyd edib ki, hazırda Azərbaycanda 16 rusdilli məktəb var: “Eyni zamanda 342 məktəbdə rus bölməsi var və bütün ali məktəblərdə rus bölməsi var. Azərbaycanda rusdilli məktəblərə daxil olmaqla bağlı heç bir məhdudiyyət yoxdur. Azərbaycanda digər dillərdə tədrisə xüsusi əhəmiyyət verilir. Bakıda rus kitab evləri fəaliyyət göstərir. Həmçinin vurğulamaq istəyirəm ki, bu gün Azərbaycanda bəzi yaşayış məntəqələrinin rusdilli adı hələ də qalır. Misal üçün, Privolnoye və s."

Son xəbərlər

Orphus sistemi