Dəniz havasında tonlarla mikroplastik maddə aşkarlandı

Dəniz havasında tonlarla mikroplastik maddə aşkarlandı Mikroplastik maddələr nəinki okeanı, həmçinin atmosferi çirkləndirdiyi məlum olub.
Elm və təhsil
13 May , 2020 16:36
Dəniz havasında tonlarla mikroplastik maddə aşkarlandı

Mikroplastik maddələr nəinki okeanı, həmçinin atmosferi çirkləndirdiyi məlum olub.

“Report” “PLOS ONE” jurnalına istinadən xəbər verir ki, araşdırmanı Böyük Britaniya, Fransa və CAR ekoloqları aparıblar.

Alimlər insanların dəniz havasından həzz alarkən ağciyərlərimizə müxtəlif bakteriya, virus və tozlanmış duz çəkdiyimizi bilirdilər. İndisə onlar havada daha bir komponentin mövcudluğuna əmin olublar: xırda plastik maddələr. Bu qənaətə araşdırmaçılar laboratoriyada apardıqları təcrübə əsasında gəliblər. Belə ki, onlar ultrabənövşəyi şua lampasının altında köpüklərin havaya flüoresent maddələrin ifraz etdiyini müşahidə ediblər.

Ekoloqlar nümunələri Fransadakı Biskay körfəzindən götürüblər. Alimlər hər kubmetrdə ortalama 19 plastik fraqmentin olduğunu aşkarlayıblar. Araşdırmaçıların hesablamalarına görə, sahilə ildə 136 kiloton civarında mikroplastik maddə atılır.

Qeyd edək ki, mikroplastik maddə uzunluğu 5 millimetrdən az olan zərrəcikdir. O, çay və kanalizasiya yolu ilə okeana düşən plastik qırıntıdır. Okeandan isə bu qırıntı insan və heyvan orqanizminə düşür. Bir neçə gün öncə alimlər Aralıq dənizinin dibində rekord miqdarda mikroplastik maddə aşkarlayıblar: hər m² üçün 1,9 milyon zərrəcik. 

Son xəbərlər

Orphus sistemi