Ceyhun Bayramov Türkiyə, Rusiya və Malayziyanın təhsil nazirləri ilə görüşüb

Ceyhun Bayramov Türkiyə, Rusiya və Malayziyanın təhsil nazirləri ilə görüşüb YUNESKO-nun 40-cı Baş konfransında iştirak etmək məqsədilə Fransada rəsmi səfərdə olan Təhsil naziri Ceyhun Bayramov bir sıra ikitərəfli görüşlər keçirib.
Elm və təhsil
14 Noyabr , 2019 12:59
Ceyhun Bayramov Türkiyə, Rusiya və Malayziyanın təhsil nazirləri ilə görüşüb

YUNESKO-nun 40-cı Baş konfransında iştirak etmək məqsədilə Fransada rəsmi səfərdə olan Təhsil naziri Ceyhun Bayramov bir sıra ikitərəfli görüşlər keçirib. 

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, o, Türkiyənin Milli Təhsil naziri Ziya Səlçuk, Rusiyanın Elm və Ali Təhsil naziri Mixail Kotyukov və Malayziyanın Təhsil naziri Mazli Malik ilə görüşüb.

Görüşlər zamanı təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən Azərbaycanla sözügedən ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi