Nazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb

Nazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək.
Elm və təhsil
31 Avqust , 2019 14:29
Nazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb

Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov əmr mzalayıb.

Əmrə əsasən, təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla iki gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr 2019-cu il tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub.

Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.

Son xəbərlər

Orphus sistemi