Bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq

Bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq Beynəlxalq olimpiadalarda nəticələr ildən-ilə yaxşılaşır və qısa müddətdə mühüm nailiyyətlər əldə edilir.
Elm və təhsil
113
19 İyun , 2019 15:34
Bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq
Təhsil naziri Ceyhun Bayramov / Report / Firi Salim

"Beynəlxalq olimpiadalarda nəticələr ildən-ilə yaxşılaşır və qısa müddətdə mühüm nailiyyətlər əldə edilir".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Onun sözlərinə görə, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində islahatların əsas göstəricisidir.

Nazir bildirib ki, Azərbaycanın bütün bölgələrində olimpiadalara hazırlıq təhsil müəssisələrinin və yerli təhsili idarəetmə orqanlarının prioriteti olmalıdır: "Artıq bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq. Bu da məktəblərin və müəssisə rəhbərlərinin həvəsləndirilməsi üçün əsasdır".

Son xəbərlər

Orphus sistemi