Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır

Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır Bakı. 22 yanvar. REPORT.AZ/ Bu həftə Azərbaycanın orta məktəblərində qış tətili başlayır.
Elm və təhsil
22 Yanvar , 2019 11:38
Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu həftə Azərbaycanın orta məktəblərində qış tətili başlayır.

“Report” xəbər verir ki, 2018-2019-cu dərs ilinin 5 günlük tətilinə yanvarın 27-də start veriləcək.

Tətil yanvarın 31-dək davam edəcək. Fevralın 1-də dərs olacaq. 

Qeyd edək ki, məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərini əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi