Bu gecə meteor axını olacaq

Bu gecə meteor axını olacaq Təbiət hadisəsini Ay üfüqün arxasında itəndə görmək mümkün olacaq
Elm və təhsil
1058
20 Oktyabr , 2017 15:32
Bu gecə meteor axını olacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Dünya əhalisi oktyabrın 21-də ecazkar Orionida meteor yağışını izləyə biləcəklər.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. 

Akademiyadan bildirilib ki, meteor axını zamanı saatda 15-20 ulduz yağışı müşahidə ediləcək. 

Bu səma şousunu şənbə gününə keçən gecə səma aydın olan zaman, Ay üfüqün arxasında itəndə görmək mümkün olacaq.

Astronomik hadisəni Yerin bütün sakinləri müşahidə edə biləcək. Orionun aydın göründüyü Şimal yarımkürəsi ölkələrində isə insanları daha gözəl mənzərə gözləyir.