Böyükkişi Ağayev İkinci Fəxri xiyabanda torpağa tapşırılıb - YENİLƏNİB-2

Böyükkişi Ağayev İkinci Fəxri xiyabanda torpağa tapşırılıb - YENİLƏNİB-2 Nazir: "Onun əsas istəyi ölkədə cərrahiyyə ilə bağlı ayrıca qurumun yaradılması idi"
Elm və təhsil
4 Aprel , 2018 16:00
Böyükkişi Ağayev İkinci Fəxri xiyabanda torpağa tapşırılıb - YENİLƏNİB-2
Report/ Elchin Murad

Bakı. 4 aprel. REPORT.AZ/ Görkəmli alim, cərrah, tibb xadimi, M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru, akademik Böyükkişi Ağayev dəfn olunub.

"Report"un əməkdaşı xəbər verir ki, B.Ağayev İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.


*** 14:50

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında görkəmli alim, cərrah, tibb xadimi, M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru, akademik Böyükkişi Ağayevlə vida mərasimi keçirilib.  

"Report"un məlumatına görə, AMEA-nın prezidenti Akif Əlizadə vida mərasimində çıxış edərək mərhumla bağlı xatirələrini bölüşüb. 

O deyib ki, Böyükkişi Ağayevin ölümü tibb elminə çox ağır itki oldu: "Çünki onun tibb elminə verdiyi töhfələr əvəzsiz idi. O hər zaman insanları xilas etmək üçün çalışdı. Bütün ömrünü tibbə həsr etdi".

Səhiyyə naziri Oqtay Şirəliyev isə qeyd edib ki, Böyükkişi Ağayevin ömrünün 70 ili səhiyyə sahəsini əhatə edib: "Vida mərasimində çıxış etmək çox çətin olur. Mən onunla 70-ci illərdən tanış idim. Onunla hər zaman səhiyyə sahəsinin inkişaf və problemlərindən danışıb tövsiyə alırdım. Saatlarla xəstə ilə oturub söhbət edirdi. Həyatı sevən bir insan idi. Bir neçə gün bundan əvvəl vəziyyəti ağır olduğundan ona baş çəkməyə getmişdim. Xəstə olmasına rəğmən, yenə də səhiyyənin inkişafı ilə bağlı tövsiyələrini verirdi. Əsas istəyi də ölkədə cərrahiyyə ilə bağlı ayrıca qurumun yaradılması idi".


*** 13:20

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında görkəmli alim, cərrah, tibb xadimi, M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru, akademik Böyükkişi Ağayevlə vida mərasimi başlayıb. 

"Report"un məlumatına görə, vida mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, səhiyyə naziri Oqtay Şirəliyev, mərhumun ailə üzvləri, ziyalılar və tibb elminin xadimləri iştirak edirlər.

Mərhum II Fəxri xiyabanda dəfn olunacaq. 

Qeyd edək ki, B.Ağayev bu gün 90 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi