Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına qazax dili, tarixi və mədəniyyəti mərkəzində kitab sərgisinin açılışı olub.
"Report" xəbər verir ki, mərasimdə Azərbaycan
BTA prezidenti Darxan Kıdırəli tərəfindən 60-dək kitab, o cümlədən Abaya həsr olunan və akademiya tərəfindən nəşr olunan azərbaycanlı tədqiqatçı Turan Teymurovun “Muxtar Auezovun “Abay” romanında sənətkarlıq məsələləri”, qazax alim Mekemtas Mırzaxmetulının yazdığı “Muxtar Auezov Abayşünas alim”, “Abayı oxu, öyrən...” və “Müdrik Abay mirasını öyrənmənin 125 illik tarixnaməsi” kitabları mərkəzə hədiyyə edib.
Sonra BTA adından rektor E.Babayevə "Abay-175" adlı mükafat təqdim edilib. E.Babayev qeyd edib ki, mərkəz öz işini daha da gücləndirərək hər iki ölkə arasında əlaqələrin inkişafına töhfəsini verəcək.