Bakı. 3 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində könüllülük fəaliyyəti ilə bağlı təlim keçirilib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məktəbin Tələbələrlə iş şöbəsinini rəisi və BANM Həmkarlar İttifaqının sədri Həbibə Sadıqlı könüllülük fəaliyyəti ilə bağlı danışıb, tələbələrə məsləhətlər verib.
Bakı Ali Neft Məktəbinin Tələbə Həmkarlar İttifaqının sədri Rəvan Adilov tələbələrə Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən söz açıb. O, gənclər təşkilatları və onlarda könüllülük əsaslarla iştirak imkanları ilə bağlı məlumat verib və tələbələrin suallarını cavablandırıb.
Təlimdə, həmçinin "Bakı-2015"də könüllü kimi iştirak edəcək BANM tələbələri öz fəaliyyətləri barədə ətraflı məlumat veriblər.


