BANM-in rektoru Böyük Britaniyaya gedib

BANM-in rektoru Böyük Britaniyaya gedib Bakı. 13 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Böyük Britaniyanın Edinburq şəhərində yerləşən Heriot Vatt Universitetində (HVU) olub.
Elm və təhsil
13 Dekabr , 2017 10:22
BANM-in rektoru Böyük Britaniyaya gedib

Bakı. 13 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Böyük Britaniyanın Edinburq şəhərində yerləşən Heriot Vatt Universitetində (HVU) olub.

Bu barədə "Report"a Ali Məktəbdən məlumat verilib.

Səfərin məqsədi iki universitet arasında münasibətlərin gücləndirilməsi, proqram təminatı və cari məsələlərin həlli, eyni zamanda gələcək əməkdaşlığın yeni istiqamətlərinin müzakirəsi olub.

E.Qasımov HVU-nun Mühəndis və Fiziki Elmlər Məktəbinin rəhbəri Stefan MakLaflinlə görüşüb. Görüşün əsas məqsədi BANM-də Akademik proqram idarəetməsini təkmilləşdirmək olub. Görüşdə Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzinin rəhbəri Kəklik Gözəlova və Proqram Menecer Nərgiz Tarverdiyeva və HVU-nun kollektivi dr. Con Ford, dr.Cilan Tomson, dr. Qreym Vayt, dr.Stefan Hyuston, dr. Asgar Şams, xanim Patrisia Dunkan və xanım Nikola Qordon iştirak ediblər. Müzakirələrdən sonra tərəflər Ali Məktəbdə təhsil alan tələbələrin proqram təminatının daha da yaxşılaşdırılması, eyni zamanda növbəti Məzun gününün təşkilatı məsələləri barədə razılığa gəliblər.

Ali Məktəbin rektoru səfər zamanı HVU-nun rektoru professor Riçard Uilyamsla da görüşərək strateji əməkdaşlıq haqqında danışıqlar aparıb. Tərəflər təhsilin yeni istiqamətləri, BANM-də birgə doktorantura pilləsinin təşkili, magistr pilləsində tədrisin genişləndirilməsi istiqamətində razılığa gəliblər.

Qeyd edək ki, BANM-lə mütəxəssis hazırlığında əməkdaşlıq edən HVU 2012-ci ildən Ali Məktəbin rəsmi tərəfdaşıdır və Ali Məktəbin məzunları həm BANM-in, həm də HVU-nin diplomunu əldə edirlər. 

Son xəbərlər

Orphus sistemi