Bakı. 11 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlar unudulmur adlı tədbir keçirilib.
Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
BANM-in Konqres zalında keçirilən tədbirdə deputatlar, müxtəlif dövlət qurumlarının rəhbər nümayəndələri, şəhid ailələri, Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və media nümayəndələri iştirak ediblər. Konqres zalının foyesində həmçinin 2016-cı il aprel şəhidlərinin şəkillərindən ibarət sərginin nümayişi olub.
Öncə Azərbaycanın Dövlət himni səsləndirilib. Daha sonra doğma vətənin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə qonaqları salamlayaraq çıxış edən BANM-ın rektoru Elmar Qasımov bildirib ki, vətən uğrunda canlarından keçən şəhid oğullarımızın əziz xatirəsini yad etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Rektor qeyd edib ki, 2016-ci il aprel döyüşləri sübüt etdi ki Azərbaycan ordusunun gücü və vətənpərvərlik ruhu çox yüksəkdir.
“Biz doğma vətən torpaqlarını düşmən tapdaqlarından azad etmək üçün vuruşan və canından keçən milli qəhrəmanlarımızı gənclər arasında hər zaman təbliğ etməliyik. Azərbaycan Respublikasının Prezidenti cənab
“Zəfər Şəhid Ailələrininə Dəstək” İctimai Birliyinin sədri Sevinc Əlizadə zalda əyləşən bütün gəncləri şəhid ailələrinə mənəvi dəstək olmağa, onların yanında olmağa səsləyib, müasir gənclərə milli, vətənpərvər ruhda böyümələrini tövsiyə edib.
Tədbirdə həmçinin
Aprel qazisi, polkovnik-leytenant Elşən Qarayev tədbir iştirakçıları qarşısında aprel döyüşlərində baş verən həyəcanlı anlardan, şəhid olmuş vətən oğullarının şücaətindən bəhs edib.
Şəhid ailələrinin timsalında çıxış edən Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova isə onlara göstərilən bütün dəstək və qayğı üçün dövlətimizə, həmçinin bu tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, gəncləri vətən uğrunda daim birləşməyə hazır olmağa çağırıb.
Tədbir boyu BANM-ın tələbələri vətənpərvərlik ruhunda şerlər və musiqilər ifa edib. Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı isə milli qəhrəmanlar, vətən, əsgər mövzularına həsr olunmuş mahnıları səsləndirib.